Kosmosdan gələn naməlum siqnallar alimləri şoka saldı – Sensasion kəşf

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Avstraliyanın Kurtin Universitetində fəaliyyət göstərən Beynəlxalq Radioastronomiya Tədqiqatları Mərkəzinin (ICRAR) alimləri kosmosdan gələn naməlum radio siqnallarının mənbəyini müəyyən ediblər. Alimlərin araşdırmaları nəticəsində bu siqnalların hər səkkiz dəqiqədən bir fırlanan ölü ulduzla Günəşə bənzər ulduzun yaxınlaşmasından qaynaqlandığı aşkar edilib.
Aşkar edilən yeni sistem GPM J071507−114153 adlanır və iki fırlanan ulduz qrupundan ibarətdir. Onlardan biri “ağ cırtdan”, o biri isə Günəşə bənzər G tipli ulduzdur. Bu, ilk dəfədir ki, ağ cırdtanın Günəşə bənzər ulduzun ətrafında fırlandığı sistemdən radio impulsları qeydə alınır. Adətən, belə siqnallar daha kiçik və soyuq “qırmızı cırtdan” ulduzların iştirak etdiyi sistemlərdə müşahidə olunur.
Yeni kəşf astronomiyada əhəmiyyətli bir yenilik kimi qiymətləndirilir. Bu cür ulduz cütlükləri uzunperiodlu keçici radio mənbələri (LPT) adlandırılan obyektlər sinfinə aiddir. Hal-hazırda, 2021-ci ildən bəri, tədqiqatçılar indiyədək təxminən onlarla oxşar sistem aşkar ediblər. Hərçənd ki, onların fəaliyyət mexanizmləri hələ də tam aydınlaşdırılmayıb.
Tədqiqatın baş müəllifi Sem Maksvin qeyd edir ki, yeni müşahidələr radio impulslarının dəqiq mənbəyini müəyyən etməyə şərait yaradıb. O vurğulayıb ki, bu, ağ cırtdanın yoldaşı ətrafında fırlanaraq impulslar yaratdığını göstərən ilk aydın qeyddir. Həmçinin, dosent Nataşa Hörli-Uolker ağ cırtdanın pulsasiyalarını Günəşə bənzər ulduzda baş verən parlamalara da tətbiq etdiklərini bildirib. Bu, Yer kürəsində qütb parıltılarına bənzər proseslərin üstünü açır.
Ağ cırtdanın güclü maqnit sahəsi, plazmanın ayrılması nəticəsində yaranmış nəhəng qövs – ulduz prominensiyası ilə əlaqədar yeni müşahidələr həyata keçirilib.