Ezonn Xəbər

İkardi 11 yaşlı qızına xəsarət yetirməkdə ittiham olunur

İkardi 11 yaşlı qızına xəsarət yetirməkdə ittiham olunur
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Argentina millisinin və “Qalatasaray”ın sabiq hücumçusu Mauro İkardi, 11 yaşlı qızı Françeska ilə bağlı xəsarət yetirməkdə ittiham olunur. Hadisənin noyabrın 6-da Buenos-Ayres yaxınlığındakı La İsla yaşayış kompleksində baş verdiyi bildirilib. İddiaya görə, mübahisə uşağın bir oğlanla münasibət saxlaması ilə bağlı yaranıb. Mübahisə zamanı azyaşlı qız anası Vanda Naraya kömək istədiyi mesajlar göndərib. Nəticədə Nara polisə müraciət edərək, hadisəni bildirmişdir. Uşaq evdən çıxaraq anasının yanına gedib. Bu məsələyə aid prokuror Xulio Petruççi rəhbərliyində araşdırma başlanıb, azyaşlının məhkəmə-tibbi ekspertizadan keçirilməsi də qərara alınıb. Noyabrın 12-də Mauro İkardi vəkilləri ilə birlikdə Tiqre prokurorluğuna gedərək, ifadə verib. İkardi ittihamları qətiyyətlə rədd edərək, hadisə yerində olan dayə, ev işçisi və polis əməkdaşlarının onun xeyrinə ifadə verəcəyini bildirib. Eyni zamanda, İkardinin vəkilləri istintaqın birtərəfli olduğu iddiasıyla futbolçuya ədalətli münasibət göstərilməsini tələb ediblər. Xatırladaq ki, Mauro İkardi 2023-cü ildən “Qalatasaray”da çıxış edib, lakin ötən yay klubdan ayrılıb və hazırda azad agent statusundadır.