Merts Trampı xəbərdar etdi - “Sürpriz olmasın”

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Almaniya Kansleri Fridrix Merts, ABŞ Prezidenti Donald Trampı Rusiya lideri Vladimir Putinlə keçirəcəyi görüşdə gözlənilməz qərarların alınmaması barədə xəbərdar edib. Merts, bu fikri “Reuters”ə verdiyi müsahibədə bildirib. \n\nKansler, Trampın ABŞ-a göndərdiyi mesajın aydın olduğunu vurğulayaraq, "Xahiş edirik, heç bir sürpriz olmasın. 'Avropa komandası' və 'Ukrayna komandası' ilə birlikdə hərəkət etməyə davam edin" ifadələrini işlədib. O, bir sıra Avropa liderlərinin Tramp-Putin görüşünün "ikinci Ankoric"ə çevrilməsindən narahat olduqlarını da əlavə edib. \n\nTramp və Putinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşməsi gözlənilir. Həmin görüşdə Çin lideri Si Cinpinin də iştirak edəcəyi ehtimal olunur. \n\nRusiya Prezidentinin köməkçisi Yuri Uşakov, noyabrın 12-də verdiyi açıqlamada, liderlərin sammit çərçivəsində Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə etməyi planlaşdırdıqlarını qeyd edib.