Ezonn Xəbər

Maskdan inqilabi kəşf: Korlar yenidən görə biləcək?

Maskdan inqilabi kəşf: Korlar yenidən görə biləcək?
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. İlon Maskın rəhbərlik etdiyi Neuralink şirkəti, görmə qabiliyyətini tamamilə itirmiş şəxslərə yardım edəcək "Blindsight" adlı çipin istehsalını başa çatdırıb. Bu yeni texnologiyanın istifadəyə verilmesi üçün tənzimləyici qurumların icazəsi tələb olunur. Mask, bu barədə "X" sosial şəbəkəsində məlumat verib. Maskın sözlərinə görə, texnika artıq tam hazırdır və yalnız müvafiq dövlət orqanlarının təsdiqini gözləyir. "Bu texnologiya tamamilə kor olan və ya heç vaxt görməmiş insanlara görmək şansı verəcək. Texniki olaraq hazırsız, tənzimləyici qurumların təsdiqi qalıb", - deyə o bildirib. Blindsight, insanların görmə funksiyası ilə bağlı ciddi məhdudiyyətləri aradan qaldırmağı məqsəd qoyur. Neuralink-in mühəndisləri bu çipi insanın sinir sistemi ilə müasir texnologiyalar arasında mürəkkəb interfeys yaratma üzərində çalışıblar. Əgər çip bütün zəruri sınaqlardan keçərsə və dövlət icazələri alarsa, bu, Neuralink-in tibbi sahədə təqdim edəcəyi ikinci böyük məhsul olacaq. Bundan əlavə, Mask, şirkətin digər tanınmış layihəsi olan "Telepathy" neyrointerfeysini də xatırladıb. Bu texnologiya istifadəçilərə yalnız düşüncə gücü ilə kompüterləri idarə etməyə və sürətlə ünsiyyət qurmağa imkan tanıyır. Hal-hazırda Blindsightın insanlarda görmə qabiliyyətini bərpa edə biləcəyi hələ klinik sınaqlarla təsdiqlənməyib.