Ezonn Xəbər

Əhalinin hər bir nəfəri ayda 560 manatını alış-verişə xərcləyib

Əhalinin hər bir nəfəri ayda 560 manatını alış-verişə xərcləyib
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində əhalinin hər nəfəri orta hesabla 559,9 manatlıq alış-veriş edib. Bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən dərc olunub. Məlumata görə, adambaşına düşən orta aylıq alışın 302,3 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarını, 257,6 manatı isə qeyri-ərzaq mallarını əhatə edir. Hesabat dövründə xərclərin 49,9 faizi birbaşa ərzaq məhsullarına yönəldilib. Bundan başqa, alıcıların 4,1 faizi içkilər və tütün məmulatları, 14 faizi isə geyim və ayaqqabı kimi toxuculuq məhsullarının alınmasına sərf olunub. Avtomobil yanacağı və elektrik mallarına xərclənən vəsait isə 6 və 5 faiz təşkil edir. Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üçün 2,7 faiz, kompüterlər və telekommunikasiya avadanlıqları üçün isə 1,7 faiz ödəniş edilib. Nəticə etibarilə, qeyri-ərzaq mallarının digər qruplarına isə 16,6 faiz xərclənib.