Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və İraqın İsrail işğalından İran və Müqavimət Cəbhəsi tərəfindən qorunduğunu iddia edib. Bu açıqlama, “CNN Türk” kanalında müzakirələrə səbəb olub və türkiyəli ekspertlər tərəfindən ciddi etirazlarla qarşılanıb.
Araşdırmaçı jurnalist Elbəyi Həsənli, Rzayinin iddialarını əsaslandırılmamış və İranın təsirini şişirdən bir retorika kimi qiymətləndirib. O, “İsrailin Türkiyəni işğal etməsi qətiyyən mümkün deyil. Hətta ən avanturist politoloqlar belə bunu ehtimal etmir,” deyə vurğulayıb.
Həsənli, Məkkə Müdafiə Sazişinin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalandığını xatırladaraq, İranın bu sazişə qoşulmaq istədiyi, lakin rəsmi dəvət almadığına diqqət çəkib. Buna baxmayaraq, İranda yüksək səviyyədə verilən bu cür aşağılayıcı bəyanatlar müzakirə edilir.
Türkiyənin uzun illərdir NATO üzvü olduğunu və 2025-ci ilə qədər 10 milyard dollardan çox müdafiə ixracı etməsi bu kontekstdə önəmli faktlardır. Jurnalistin sözlərinə görə, Rzayinin iddiası, real bir hərbi ssenaridən çox, İranın özünü güclü göstərmək cəhdindən başqa bir şey deyil.