Rusiyada ağır qəzada azərbaycanlı həlak olub

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Rusiyada baş verən yol-nəqliyyat hadisəsində bir azərbaycanlı həlak olub. Hadisə Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin yaxınlığındakı magistral yolda qeydə alınıb.
Qəza, Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobilinin "Mersedes" markalı yük avtomobili və "Volksvagen" markalı mikroavtobusla toqquşması nəticəsində baş verib. Hadisənin detalları hələ də tam dəqiqləşdirilməyib, lakin toqquşma zamanı Vüqar adlı azərbaycanlı aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Hazırda Vüqarın şəxsiyyəti dəqiqləşdirilir. Bununla yanaşı, qəza zamanı iki Rusiya vətəndaşının da yaralandığı bildirilir. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
Qəzanın səbəbləri və daha ətraflı məlumat üçün Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Hadisə ilə bağlı daha sonra ətraflı məlumatların təqdim olunacağı gözlənilir.