Ezonn Xəbər

Qırğızıstanın cənubunda etnik qarşıdurma yaradılması planları - Sadır Japarov

Qırğızıstanın cənubunda etnik qarşıdurma yaradılması planları - Sadır Japarov
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Qırğızıstan Prezidenti Sadır Japarov, prezident seçkiləri ərəfəsində ölkənin cənubunda etnik qarşıdurma yaratmaq planları barədə xəbərdar edildiyini açıqlayıb. Onun sözlərinə görə, bazi siyasi qüvvələr kütləvi iğtişaşlar törədərək seçkilərə mane olmaq məqsədini güdürlər. Japarov, bəzi siyasi qrupların etnik gərginliyi artırmaq və onun üzərindən siyasi oyunlar oynamaq niyyətində olduğunu deyib. Dövlət başçısı, bu durumun insanların hissləri və milli hisslərini istismar etməsi ilə nəticələnə biləcəyini vurğulayıb. O, 1990 və 2010-cu illərdə Qırğızıstanda baş vermiş qanlı hadisələri xatırladaraq, həm özbəklər, həm də qırğızlar arasında mülki şəxslərin həyatını itirdiyini qeyd edib. Bu hadisələrdən sonra ciddi gərginlik və qarşıdurmalar yaşanıb. Japarov, dövlətin mümkün kütləvi iğtişaşların qarşısını almaq üçün kifayət qədər gücə malik olduğunu da ifadə edib. Onun bildirdiyinə görə, bu cür durumların yarana biləcəyi hallarda dövlətin vaxtında müdaxiləsi vacibdir.