ABŞ-ın Ukraynaya ayrılan yardımının 65 milyard dolları hələ istifadə olunmayıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
ABŞ Konqresinin Ukraynaya ayrılan yardım çərçivəsində təsdiqlədiyi vəsaitin təxminən 65 milyard dolları hələ də istifadəyə verilmir. Bu barədə Pentaqon, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni hesabatda bildirilib.
Hesabatda qeyd olunur ki, 2022-ci ilin fevral ayından etibarən ABŞ Konqresi Ukraynaya müxtəlif yardım proqramları çərçivəsində ümumilikdə 198,59 milyard dollar vəsait ayırıb. Sentyabrın 30-a olan məlumata görə, bu məbləğin 64,96 milyard dolları gələcəkdə əlavə ayırmalar üçün əlçatan olaraq qalır.
Bundan əlavə, hesabatda NATO və Avropa İttifaqının 2026-cı ilin üçüncü rübünün sonuna qədər Ukraynaya 239 milyard dollardan çox yardım ayırmağı öhdələrinə götürdüyü qeyd edilib. Bu, ABŞ və onun xarici tərəfdaşlarının Ukraynaya yardım üzrə ümumi maliyyə öhdəliklərinin ən azı 437,59 milyard dollar təşkil etməsi deməkdir.
Hesabat 2026-cı il iyulun 1-dən sentyabrın 30-dək olan dövrü əhatə edir. Məlumatlar, həmçinin ABŞ-ın Ukrayna pilotlarına F-16 qırıcılarını idarə etməyi öyrətməkdə davam etməsini və müvafiq mühafizə tədbirlərinin ABŞ qoşunlarının döyüş hazırlığına təsirini də vurğulayır.