Deputatın da içində olduğu maşın aşdı — Ölənlər və yaralananlar var

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Naxçıvan-Ordubad magistral yolu üzərində baş verən ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Hadisə, Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisində baş verib. “Qafqazinfo”nun məlumatına görə, “Hyundai” markalı avtomobil aşaraq ciddi qəzaya səbəb olub.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalıyev Hüseynalı həyatını itirib. Yaralılardan biri 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına, o biri isə 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Ordubad Rayon Xəstəxanasına yerləşdirilib.
Məlum olub ki, qəza zamanı xəsarət alan hər üç şəxs Vətən müharibəsinin iştirakçısı ve müharibə veteranıdır. Bu məlumat hadisənin ciddiliyini artırır və cəmiyyətin diqqətini çəkir.
Sözügedən Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.