Yoxsulluqdan orqanlarını satırlar — Hətta 20-30 faiz endirimlə...

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
İrandakı iqtisadi çətinliklər səbəbindən bir çox insan orqanlarını satışa çıxarmağa hazırlıq göstərir. İqtisadi vəziyyətin pisləşməsi ilə benzər problemlərlə üzləşən fəhlələr, böyrək, qaraciyər və sümük iliyi kimi orqanlarını sataraq maddi problemlərini həll etməyə çalışırlar. Tehranın mərkəzində orqan satışına dair elanlar şəhərin divarlarını bürümüş vəziyyətdədir.
“Böyrək küçəsi” adı ilə tanınan Fərhəng Hüseyni küçəsi, alıcılar axtaran insanların toplaşdığı bir məkana çevrilib. “Sadra” xəstəxanasının əməkdaşlarının verdiyi məlumata görə, satışa çıxarılan orqanların qiymətləri fərqlilik göstərir. Məsələn, 30-40 milyard rial (11,500-15,300 ABŞ dolları) arasında dəyişən qiymətə sahib olan böyrəklərin I qan qrupuna malik olanları 8 milyard riyala (3,100 dollar) təklif olunur, daha nadir qan qrupları üçün isə qiymətlər 50 milyard riala (19,200 dollar) qədər yüksələ bilir.
Tehranda yaşayan 30 yaşlı bir kuryer bildirib ki, ona 15 milyard rial təklif edilib, lakin o, ən azı 35 milyard rial tələb edir. Başqa bir şəxs, ödənilməmiş çeki bağlamaq üçün orqanını adi qiymətdən 20-30 faiz aşağı satmağa hazır olduğunu qeyd edib. Bəzi insanlar borclarını ödəmək məqsədilə bir neçə orqanını eyni anda satışa çıxarmaqda çətinlik çəkir.
Parlamentin sosial məsələlər komitəsinin sədri, Əli Babayi Karnami, ölkədə dövlət subsidiyalarının düzgün idarə edilməməsi nəticəsində təxminən səkkiz milyon insanın yoxsulluq və qida çatışmazlığı ilə üzləşdiyini açıqlayıb. Müvəqqəti müqavilələrlə çalışan işçilərin, ayda 200-300 milyon rial (77-115 dollar) qazanmasının, bir ailənin ərzaq tələbləri üçün isə təxminən bir milyard rial (383 dollar) ehtiyacı olduğu bildirilib. Maliyyə çətinlikləri tibbi xidmətlərə çıxışa da təsir edir, bu səbəbdən, bəziləri müalicə xərclərini ödəyə bilmədiyindən həyatlarını itiriblər.