Azərbaycanda deputat qəzaya düşüb, ölən var

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Naxçıvanda baş vermiş qəzada bir deputatın da iştirak etdiyi bildirilib. Hadisə, Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verib. Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib.
Yaralanan şəxslər isə 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğludur. Hər iki yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.
Hadisənin baş verməsi ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma başlatılıb. Qeyd edək ki, Zeynalov Təbriz Naxçıvan MR Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir.
Hadisənin baş vermə səbəbləri hələlik dəqiq məlum deyil. Araşdırmalar davam edir və rəsmi açıqlamalar gözlənilir.