Ezonn Xəbər

Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?

Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bakı Ağır Cinayətlər Məhkəməsində “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəmə prosesi davam edir. 3 milyon 700 min manat məbləğində mənimsəmədə ittiham olunan Vüqar Əliyevin işi üzrə şahid kimi şirkətin hazırkı sədri Pərviz Hacıyev iştirak edib. Məhkəmə iclası hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilmişdir. Prosesin qapalı keçirilməsi üçün “Azenco”nun nümayəndəsinin xahişi edilmiş, lakin müdafiə tərəfinin etirazı səbəbindən bu vəsatət təmin edilməmişdir. İclas zamanı Pərviz Hacıyev, Vüqar Əliyevi 2023-cü ildən tanıdığını və şirkətdəki bütün maliyyə məsələlərinin onun birbaşa nəzarətində olduğunu vurğulamışdır. Hacıyev, “Azenco”nun Özbəkistandakı tərəfdaşlarla 16 milyon manatlıq müqavilə bağlamağı planlaşdırdığını, lakin Vüqar Əliyevin bu məbləği əvvəlcə 14 milyon, sonra 8 milyon manata endirdiyini qeyd etmişdir. O, layihədən yalnız 3 milyon manat qazanc əldə etdiklərini bildirmişdir. Daha sonra Pərviz Hacıyev şirkətin maliyyə hesabatlarında 15 min manatlıq gül alışını aşkarladığını bildirib. Vüqar Əliyev bu alış-verişin Energetiklər Gününə hədiyyə almaq məqsədilə edildiyini izah edib. Vüqar Əliyev isə özünün qanunsuzluğa yol vermədiyini, əsas qərarların Etibar Pirverdiyev tərəfindən verildiyini iddia edib. Vəkil Nurlan Məmmədov, Etibar Pirverdiyevin şirkətdəki rolu və yüksək əmək haqqı barədə suallar verib. İclasın sonunda Vüqar Əliyevin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılsa da, hakimlər bu müraciəti təmin etməmişdir. Məhkəmə prosesi növbəti iclasda, noyabrın 16-da davam edəcək.