FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyi (FHN), noyabrın 15-i günün ikinci yarısından 16-sı axşamına qədər ölkə ərazisində qeyri-sabit hava şəraitinin yaranacağına dair əhaliyə müraciət edib. Mətbuat xidməti vasitəsilə verilən məlumata görə, bu müddətdə güclü küləyin əsəcəyi, ayrı-ayrı yerlərdə isə intensiv yağışların yağacağı gözlənilir.
Həmçinin, İqlim Xidmətinin proqnozlarına əsasən, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verməsi ehtimalı da mövcuddur. Bu səbəbdən, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb. Müraciətdə, güclü külək zamanı yüngül tikililərdən, bina reklam lövhələrindən və hündür ağacların altından uzaq durmağın vacibliyi vurğulanıb.
İntensiv yağıntılar səbəbindən mümkün sel və daşqınlardan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağı, belə vəziyyətlərlə qarşılaşdıqda isə dərhal yüksəklikə qalxmağı tövsiyə olunur. Vətəndaşlara, xilasedicilərin çağırışlarına və tövsiyələrinə riayət etmələri xatırladılıb.
Eyni zamanda, ildırım çaxması zamanı önü açıq olan sahələrdən uzaq durulması, elektrik cihazlarının şəbəkədən ayırılması və açıq havada elektrik xəttlərinə yaxınlaşmamağın önəmi qeyd edilib. FHN, hər kəsi təhlükəsizlik tədbirlərini ciddi şəkildə yerinə yetirməyə çağırır. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə anında isə 112-yə zəng etməyin vacibliyi xatırladılıb.