Ezonn Xəbər

Lənkəranskinin qan düşməninə hökm oxundu

Lənkəranskinin qan düşməninə hökm oxundu
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi, kriminal aləmdə tanınan "Giya Sverdlovski" ləqəbli Georgi Akoyevi 8 il xüsusi rejimli həbs cəzasına məhkum edib. Məhkəmədə onu cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda günahkar biliblər. Eyni zamanda, Akoyevə 1,5 milyon rubl cərimə tətbiq olunub. Dövlət ittihamçısı onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. İstintaqın məlumatlarına görə, Akoyev 2008-ci ilin noyabrında həbsxanada olduğu dönəmdə “qanuni oğru” statusu almışdır. Bu statusa onun yüksəlməsi, kriminal dünyada tanınmış Aslan Usoyanın (Ded Xasan) qardaşı oğlu Timur Mirzoyevin himayəsi ilə mümkün olmuşdu. İttihama əsasən, Akoyev kriminal aləmin ümumi pul fonduna nəzarət edərək, cinayətkar qruplar arasındakı münaqişələri çözmüş və kriminal ənənələri təbliğ etmişdir. Onun 2025-ci ilin oktyabrında saxlanıldığı bildirilir. Evində və ofisində aparılan axtarış zamanı bəzəkli xəncər və katana qılıncı ələ keçirilib. Məhkəmə zamanı Akoyev təqsirini qəbul etməyərək, hökmü sakit qarşılayıb. Həmin vaxt, hakim ona qərarını anladığını soruşduqda, "Bəli, möhtərəm hakim, təəssüf ki, anladım" cavabını verib. Hökm oxunarkən onun həyat yoldaşı göz yaşlarını saxlaya bilməyib. Xatırladaq ki, Giya Sverdlovski, məşhur azərbaycanlı kriminal lider Rövşən Lənkəranskini özünün "qan düşməni" elan etmişdi.