Ezonn Xəbər

Maaş, pensiya və müavinətlərlə bağlı ŞAD xəbər

Maaş, pensiya və müavinətlərlə bağlı ŞAD xəbər
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. 2027-ci ilin Dövlət Büdcəsi ilə bağlı müzakirələr Milli Məclisin komitə iclaslarında davam edir. Növbəti həftə isə qanun layihəsinin plenar iclasda müzakirəyə çıxarılması planlaşdırılır. Müzakirələrdə təqdim edilən məlumata görə, 2027-ci il Dövlət Büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat səviyyəsində proqnozlaşdırılır. Büdcənin mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri isə 735 milyon 575 min manat olaraq müəyyən edilib. Millət vəkili Vüqar Bayramovun açıqlamasına əsasən, 2027-ci ildə büdcədəki xərclərin 44 faizi sosial yönümlü olacaq. Bu o deməkdir ki, sosial xərclərə 18,7 milyard manat vəsait ayrılacaq. Bayramovun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi çərçivəsində həm maaşlar, həm pensiyalar, həm də sosial müavinətlərin artırılması nəzərdə tutulur. Eyni zamanda, Büdcənin sosial yönümlü olması investisiya xərclərinin edilməyəcəyi anlamına gəlmir. Gözlənilir ki, gələn il investisiya qoyuluşlarında da artım olacaq, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına böyük vəsait ayrılacaq. Ancaq büdcənin əsas hissəsi yenə də sosial xərclər üçün nəzərdə tutulub.