FHN Azərbaycanda sabahdan başlayacaq qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-i günün ikinci yarısından etibarən qeyri-sabit hava şəraitinin müşahidə olunacağını açıqlayıb. Məlumata görə, bu dövrdə respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək, intensiv yağışlar, sel və daşqın keçməsi proqnozlaşdırılır.
FHN-in verdiyi açıqlamada 15-i günü baş verəcək hava hadisələri ilə bağlı əhalinin təhlükəsizlik qaydalarına riayət etməsi xatırladılıb. Nazirlik insanlara, xüsusən güclü külək olduğu zaman yüngül konstruktorlardan, bina və reklam lövhələrindən uzaq durmağı tövsiyə edir. Eyni zamanda, elektrik dirəkləri və hündür ağaclar altında durmağın təhlükəli olduğu bildirilib.
Nazirlik, küləkli hava şəraitinin yanğınlarla bağlı çətinliklər yarada biləcəyini də qeyd edib. Küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi vacibdir. Kiçikhəcmli gəmi istifadəçilərinə isə dənizə çıxmağın qadağan olduğu vurğulanıb.
Intensiv yağışlarla bağlı bəzi çaylarda sel və daşqın təhlükələrinin baş verə biləcəyini söyləyən FHN, vətəndaşları təhlükəli ərazilərdən uzaq durmağa çağırır. Belə bir təhlükə ilə qarşılaşdıqda, özlərini yüksək yerlərə qaldırmağı və xilasedicilərin tövsiyələrinə əməl etməyi tövsiyə edirlər.
İldırım çaxarkən təhlükəsizliklə bağlı bir sıra tədbirlərin görülməsi də önəmlidir. FHN, elektrik cihazlarını şəbəkədən ayırmağı, açıq havada elektrik xətləri və ildırım ötürücüsü yaxınlığında olmağına icazə verməməyi məsləhət görür.