Ezonn Xəbər

Sabahdan binalara istilik veriləcək

Sabahdan binalara istilik veriləcək
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Sabahdan etibarən Azərbaycanda yeni istilik mövsümü start götürəcək. Bu barədə məlumatı "Azəristiliktəchizat" ASC yayıb. 2026-2027-ci illər payız-qış mövsümü ərzində paytaxt Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binası (təxminən 178 min mənzil), 272 məktəb, 159 uşaq bağçası, 142 səhiyyə obyekti və digər təsisatlar istiliklə təmin ediləcək. İstilik mövsümünə hazırlıq işləri bu il aprel ayından başlayıb. Müvafiq tədbirlər planı çərçivəsində 12 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5 458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa olunub. Ayrıca, 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1 131 qazanın qızma səthi təmizlənib. Təmir işləri çərçivəsində, 438 nasos, 5 282 siyirtmə və 531 mühərrik də təmir olunub. Üstəlik, 135 kilometr qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti çəkilib. İstilik təsərrüfatlarındakı 85 mindən çox avadanlıq və qurğunun fasiləsiz işləməsi nəzərdə tutulur. Həmçinin, bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri yenilənib. Təsdiq olunmuş tədbirlər planı çərçivəsində istilik təchizatı obyektlərinin etibarlığı artırılacaq. Materiallardan istifadə zamanı istinad mütləqdir.