Ezonn Xəbər

Alimlər B12 vitamini ilə işləyən batareya hazırlayıblar

Alimlər B12 vitamini ilə işləyən batareya hazırlayıblar
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İspaniyanın Kordoba Universitetinin tədqiqatçıları, insan sağlamlığında mühüm rol oynayan B12 vitaminindən istifadə edərək yeni bir batareya prototipi hazırlayıblar. Bu eksperimental sistem, texnologiya dünyasında qeyri-adi nəticələr təqdim edərək diqqət çəkib. Yenilikçi batareya, sink-hava texnologiyasının prinsiplərinə əsaslanır və aparılan sınaqlarda 250-yə qədər doldurma və boşaltma dövrünü tamamlayıb. Bu nəticələr, daha dayanıqlı enerji saxlama sistemləri üçün yeni tədqiqat sahələrini açır və elm adamlarının bu tip batareyaların inkişafında müsbət addım atmalarına imkan tanıyır. Sink-hava batareyalarının ən üstün xüsusiyyətlərindən biri, enerji istehsalı üçün lazım olan oksigeni birbaşa ətraf mühitdən almasıdır. Bu, batareyaların çəkilərinin daha yüngül olmasını və eyni zamanda, yüksək miqdarda enerji saxlama qabiliyyətini təmin edir. Bu texnologiya artıq kiçik elektron cihazlarda istifadə edilməkdədir. Bundan əlavə, sağlığa zərər verməyən və su əsaslı elektrolitlərin istifadəsi sayəsində bu batareyalar daha təhlükəsiz hesab olunur. Sinkin bolluğu və təkrar emal olunma qabiliyyəti, onu müasir batareyalar üçün gözəl bir alternativ edir. Ancaq, sink-hava batareyalarını doldurula bilən etmək üçün hələ də elmi problemlərin aradan qaldırılması gərəkir. Bu kontekstdə, tədqiqatçılar B12 vitamininin molekulyar quruluşundakı kobalt (III) elementinin bu kimyəvi reaksiyaları asanlaşdırmaq üçün istifadə edilə biləcəyini aşkar ediblər. Bu məntiqi yanaşma, yeni enerji sistemlərinin gələcəyinə işıq tutmağı hədəfləyir.