Ezonn Xəbər

Füzulidə avtoqəza: 3 nəfər ölü, 4 nəfər xəsarət aldı

Füzulidə avtoqəza: 3 nəfər ölü, 4 nəfər xəsarət aldı
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. Füzuli rayonunun Böyük Bəhmənli kəndində noyabrın 13-ü baş vermiş avtoqəza nəticəsində 3 nəfər həyatını itirib, 4 nəfər ağır xəsarət alıb. Hadisə, saat 23 radələrində baş vermişdir. "Report"un əldə etdiyi məlumata görə, qəzanın səbəbi sürücülər arasında toqquşma olub. Füzuli sakini Seymur Pəhləvan oğlu İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillə, Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobil toqquşub. Qəza nəticəsində Seymur İsmayılov və onun sərnişinləri Əhəd Nəsimi oğlu Heydərzadə və Turan Elcan oğlu Əsgərov hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı "Opel" avtomobilində olan digər sərnişinlər Rəvan Elnur oğlu Abbaszadə və Ramazan Elnur oğlu Cəfərov ilə "VAZ-2104" markalı avtomobilin sürücüsü Mustafa Həsənqulu oğlu Mustafayev və onun qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarətlər alıblar. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir. Baş Dövlət Yol Polisi İdarəsi hadisənin təfərrüatlarını öyrənməkdədir.