Lənkəranskinin “qan düşməni”nə hökm çıxarıldı
.jpg)
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi kriminal aləmdə “Giya Sverdlovski” ləqəbi ilə tanınan Georgi Akoyevi 8 il xüsusi rejimli həbs cəzasına məhkum edib. Məhkəmə, Akoyevi cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda təqsirli hesab edib. Həmçinin, onun üzərinə 1,5 milyon rubl cərimə qoyulub.
İstintaq məlumatlarına əsasən, Akoyev 2008-ci ilin noyabr ayında həbsxanada qanuni oğru statusu alıb. Onun bu statusa yüksəlməsində kriminal aləmin tanınmış simalarından biri olan Aslan Usoyanın (Ded Xasan) qardaşı oğlu Timur Mirzoyevin himayəsi rol oynamışdır. Məhkəmə hökmü zamanı, onun kriminal aləmin ümumi pul fonduna (“obşak”) nəzarət etdiyi və cinayətkar qruplar arasındakı münaqişələri həll etdiyi vurğulanıb.
Akoyev 2025-ci ilin oktyabrında saxlanılıb və onun evində aparılan axtarış zamanı bəzəkli xəncər və katana qılıncı tapılıb. Məhkəmə prosesi zamanı, Akoyev öz təqsirini qəbul etməyib və hökmü sakit qarşılayıb. O, hakimə qərarını anladığını bildirib.
Hökm oxunarkən onun həyat yoldaşı göz yaşlarını saxlaya bilməyib. Xatırladaq ki, Giya Sverdlovski “Ded Xasan”ın ölümünə görə mərhum azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskini özünün “qan düşməni” elan etmişdi.