Ezonn Xəbər

Sabahdan istilik mövsümü başlayır – Qurum bəzi binalara istilik verilməyəcəyi barədə xəbərdarlıq etdi

Sabahdan istilik mövsümü başlayır – Qurum bəzi binalara istilik verilməyəcəyi barədə xəbərdarlıq etdi
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Sabahdan etibarən Azərbaycanda istilik mövsümü başlayır. "Azəristiliktəchizat" ASC, bu mövsümdə bəzi binaların istiliklə təmin edilməyəcəyini elan edib. Qurum, istilik haqlarını vaxtında ödəməyən binaların bu xizmətdən istifade edə bilməyəcəyini vurğulayıb. Qurumun verdiyi məlumata görə, bu istilik mövsümündə 178 min mənzilin istiliklə təmin edilməsi planlaşdırılır. Lakin bəzi ərazilərdə ödənişdən kütləvi yayınma halları müşahidə olunur. Məsələn, Ağcabədi rayonunda 121,3 min manat dəyərində xidmətin müqabilində yalnız 17,5% ödəniş edilib. Tərtər rayonunda bu göstərici 24,6%, Bərdə rayonunda 29,5% və Goranboy rayonunda isə 46% təşkil edir. Bu cür ödənişlərin aşağı olması, zəruri təmir və texniki xidmət işlərinin vaxtında maliyyələşdirilməsini çətinləşdirir. Sumqayıt şəhərində də durum fərqli deyil; burada 173,7 min manat dəyərində xidmətin yalnız 41,6% ödəniş edilib. Bindadaxili istilik-mühəndis infraqurulunun ortaq olması, ödənişlərini vaxtında edən sakinlərin də xidmət keyfiyyətinə təsir göstərə bilər.