Noyabrın 15-də gözlənilən hava şəraiti
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 15-də gözlənilən hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olması, əsasən yağmursuz keçəcəyi bildirilsə də, axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Günün ikinci yarısında mülayim cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəzlənməsi gözlənilir. Havanın temperaturu gecə 10-14°C, gündüz isə 16-21°C arasında dəyişəcək. Atmosfer təzyiqinin 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcəyi proqnozlaşdırılır, nisbi rütubətin isə 60-70% olacağı bildirilib.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntıların olacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə intensiv yağışlar, şimşək çaxması, eləcə də dağlıq ərazilərdə qar yağması ehtimalı vardır. Bəzi yerlərdə arabir duman olacağı da bildirilib.
Rayonlarda havanın temperaturu isə gecə 9-14°C, gündüz 18-23°C arasında olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 0-3°C şaxta, gündüz 8-13°C isti olacağı gözlənilir. Bu gün üçün FHN tərəfindən vətəndaşlara gözlənilən qeyri-sabit hava ilə bağlı müraciət edilib.