Sabah Bakıda yağış gözlənilir

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün əsasən yağmursuz hava şəraiti olsa da, axşam saatlarına yaxın bəzi yerlərdə yağışların yağacağı ehtimalı var.
Günün ikinci yarısında mülayim cənub-qərb küləyinin əsəcəyi, lakin sonradan güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz isə 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 759 mm c.s.-dan 766 mm c.s.-na yüksəlməsi gözlənilir, nisbi rütubət isə 60-70% təşkil edəcək.
Ölkənin rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçsə də, axşam saatlarında şimal və qərb rayonlarından başlayaraq bəzən yağışların yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntılar intensivləşəcək, şimşək çaxacağı və dağlıq ərazilərdə qar yağacağı ehtimalı da var. Həmçinin, bəzi rayonlarda arabir dumanlaşma olacaq.
Gecə saatlarında havanın temperaturu 9-14 dərəcə isti, gündüz isə 18-23 dərəcə isti olması, dağlarda isə 0-3 dərəcə şaxta müşahidə ediləcəyi proqnozlaşdırılır. Gün ərzində dağlarda 8-13 dərəcə isti olacağı da qeyd edilib.