Rusiya Ukrayna üçün ərazi xəritəsi təqdim etdi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
BƏƏ-nin paytaxtı Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqlar zamanı ərazi güzəştləri mövzusu gündəmə gəlib. Bu barədə “Röyters” agentliyi ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
“Ekonomist” nəşrinin yazdığına görə, danışıqlar zamanı "ərazi mübadiləsi"nin müzakirə edildiyi iddia edilir. Lakin Kreml bu mübadilə iddialarını dərhal təkzib etmişdir.
Görüşün ardından, Rusiyanın Ukrayna üçün çəkdiyi yeni xəritə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddialara görə, Rusiya Ukraynanın yalnız müəyyən ərazilərini tanıyacağını bildirmişdir. Bu xəritədə Donetsk, Luqansk və Krımın yanında, Xerson (Odessanın sərhədinə qədər), Zaporojye vilayətinin əhəmiyyətli hissəsi və başqa ərazilər də Rusiyanın ələ keçirdiyi zona kimi göstərilib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin bu tələbi rəsmi şəkildə rədd etdiyi də xəbərdə vurğulanır. Bu vəziyyət, münaqişənin gedişatına təsir edə biləcək yeni bir gərginliyin yaranmasına səbəb ola bilər.