Ezonn Xəbər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. BƏƏ-nin paytaxtı Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların keçirildiyi və bu tədbirdə ərazi güzəştlərinin müzakirə edildiyi bildirilib. Bu barədə "Röyters" agentliyi ABŞ rəsmilərinə istinad edərək məlumat yayıb. Məlumatlara görə, "Ekonomist" nəşri isə müzakirə olunan "ərazi mübadiləsi" məsələsinə diqqət çəkib. Lakin Kreml bu iddiaları dərhal təkzib edərək mübadilənin müzakirə olunmadığını bildirmişdir. Danışıqlardan sonra Rusiyanın Ukrayna üçün təqdim etdiyi xəritə sosial şəbəkələrdə geniş yayımlanıb. İddialara görə, Rusiya yalnız müəyyən ərazilərdə Ukraynanın mövcudluğunu tanımağa hazırdır. Yayılan xəritədə Donetsk, Luqansk və Krım ilə yanaşı, Xerson (Odessanın sərhədinə qədər) və Zaporojye vilayətinin əhəmiyyətli hissələri də əks olunub. Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya tərəfindən irəl sürülən tələbi rədd etdiyi də vurğulanır. Bu hadisə, regional gərginliyin artması və münaqişənin hələ də davam etdiyini göstərir.