Ezonn Xəbər

Borcu olan sakinlər istiliksiz qalacaq — Rəsmi

Borcu olan sakinlər istiliksiz qalacaq — Rəsmi
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda istilik haqlarını vaxtında ödəməyən binalara istilik verilməyəcək. "Azəristiliktəchizat" ASC-nin verdiyi məlumata görə, bu il istilik mövsümündə 178 minə yaxın mənzil istiliklə təmin ediləcək. Qurum, xidmət haqqını vaxtında ödəyən abonentlərə təşəkkür edərək, müntəzəm ödənişlərin istilik təchizatının etibarlılığına və texniki xidmətlərin vaxtında aparılmasına mühim təsir etdiyini vurğulayıb. Bununla yanaşı, bəzi bölgələrdə, xüsusilə məcburi köçkünlər üçün inşa olunmuş yaşayış komplekslərində ödənişdən kütləvi yayınma halları qeydə alınıb. Məsələn, Ağcabədi rayonunda 121,3 min manat dəyərində xidmətin cəmi 17,5%-i, Tərtər rayonunda 255,2 min manat dəyərində xidmətin 24,6%-i, Bərdə rayonunda 29,5%-i ödənilib. Sumqayıt şəhərində isə 173,7 min manat dəyərində xidmətin cəmi 41,6%-i ödənərək, bu da zəruri təmir və texniki xidmət işlərinin aparılmasına əngəl törədir. Eyni zamanda, bindadaxili istilik-mühəndis infrastrukturu ortaq olduğu üçün borcunu ödəyən sakinlərin də xidmət keyfiyyətindən təsirlənməsi riski var. Qurum, bütün abonentləri borclarını ödəməyə və cari ödənişləri vaxtında etməyə çağırır. Onların bildirdiyinə görə, hər bir istehlakçının ödəniş intizamı, həm öz mənzilinin, həm də qonşularının dayanıqlı istilik təminatı üçün vacibdir.