Ezonn Xəbər

Son müharibədə 15 iranlı balıqçı həlak olub

Son müharibədə 15 iranlı balıqçı həlak olub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Son dövrdə baş verən müharibə zamanı İranın balıqçılıq sektoru ciddi zərər görüb. İran Balıqçılıq Təşkilatının rəhbəri Həmzə Rüstəmpur, son hadisələr nəticəsində 15 iranlı balıqçının həlak olduğunu açıqlayıb. Rüstəmpur, müharibə zamanı zərər görmüş balıqçı gəmilərinin sayının 477-dən çox olduğunu bildirib. O, Qeşm, Cask, Əbu Musa və Buşehr kimi müxtəlif limanlarda 500-dən çox balıqçılıq vasitəsinin — benzin və dizel mühərrikli qayıqlar, lənclər və gəmilərin hədəfə alındığını qeyd edib. Bu gəmilərdən bəziləri tamamilə dağılıb, bəziləri isə qismən zərər çəkib. Nazir müavini, dəymiş maddi ziyanın hələ də müvafiq qurumlar tərəfindən araşdırıldığını vurğulayıb. Eyni zamanda, İranın cənub limanlarında və Hörmüz boğazında mövcud gərginliyin aradan qaldırılması məqsədilə yeni dənizçilik prosedurlarının hazırlanması planlaşdırılır. Bu yenilik, balıqçı donanmasının daha təhlükəsiz fəaliyyət göstərməsinə yardım edəcək. Rüstəmpur, bu əməliyyat yanaşmasının, uzaq sularda balıq ovunun davam etdirilməsi və ölkənin dəniz məhsulları təminatında fasilələrin yaranmamasına imkan verəcəyini bildirib.