Ezonn Xəbər

Xaricdən mal sifarişi: Nəzərə alınması vacib olan məqamlar

Xaricdən mal sifarişi: Nəzərə alınması vacib olan məqamlar
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Son dövrlərdə elektron ticarətin sürətlə genişlənməsi istehlakçılara yeni alış-veriş imkanları təqdim etsə də, bu proses saxta məhsulların yayılması problemini də aktuallaşdırmışdır. Bu vəziyyət, istehlakçıların sağlamlığını və hüquqlarını ciddi risk altına qoyur. Ümumdünya Gömrük Təşkilatının 2026-cı ildə açıqlanan 2025-ci il qeyri-qanuni ticarət hesabatına görə, elektron ticarət qanunsuz məhsulların yayılması üçün mühüm bir kanal rolunu oynayır. Hesabata əsasən, 170 ölkənin gömrük administrasiyası tərəfindən həyata keçirilən 163 850 qanun pozuntusu işindən 44,8 faizi elektron ticarətlə əlaqədar olmuşdur. Hesabatda qeyd olunur ki, saxta məhsulların və tibbi vasitələrin poçt sistemləri vasitəsilə daşınması geniş yayıldığı üçün, konkret olaraq saxta məhsulların aşkar olma halları arasında 68,2 faizi saxta məhsullara, 65,1 faizi isə tibbi məhsullara aiddir. Ayrıca, əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı 42 026 işin təhlil edildiyi bildirilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən aparılan ayrı bir araşdırma, 2021-ci ildə saxta məhsulların qlobal ticarətinin təxminən 467 milyard dollar təşkil etdiyini göstərir. Bu, dünya ticarətinin təxminən 2,3 faizini əhatə edir. Müsadirə edilən saxta malların 62 faizi isə geyim, ayaqqabı və dəri məmulatlarından ibarətdir. Ekspertlər, saxta məhsulların istehsalçılar üçün yaratdığı iqtisadi zərərlərin yaninda, istehlakçıların sağlamlığını da ciddi şəkildə təhlükəyə atdığını vurğulayırlar. Bununla yanaşı, elektron ticarət səbəbindən istehlakçı hüquqlarının qorunmasının daha da aktuallaşdığı görünür.