TƏBİB-dən ağır qəza ilə bağlı AÇIQLAMA
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Füzuli rayonunda, noyabrın 13-də saat 23:20-də baş verən yol-nəqliyyat hadisəsi ciddi xəsarətlərə səbəb olub. Hadisə nəticəsində dörd nəfər (üç kişi, bir qadın) Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata əsasən, xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrində çoxsaylı travmalar diaqnozu qoyulub. Müalicə prosesinin bir hissəsi Cərrahiyyə şöbəsində, digəri isə Reanimasiya şöbəsində davam etdirilir.
Hazırda xəsarət alan şəxslərin vəziyyəti mütəxəssislər tərəfindən qiymətləndirilir. İki nəfərin vəziyyəti ağır, digər iki nəfərin isə orta ağır olaraq qiymətləndirilir. TƏBİB bu hadisə ilə əlaqədar daha ətraflı məlumatın veriləcəyini bildirib.