Naxçıvanda deputat qəzaya düşüb, 1 nəfər ölüb, 2-si xəsarət alıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş vermiş yol qəzasında bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. Qəza nəticəsində vəfat edən şəxs 1990-cı il təvəllüdlü qazi Hüseynalı Vidadi oğlu Hüseynəliyevdir. O, bu gün Naxçıvan şəhər qəbirstanlığında dəfn olunub.
Hadisə gecə saatlarında baş verib. "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasından verilən məlumata görə, Məmmədov Əmrah reanimasiya şöbəsinə yerləşdirilib, Zeynalov Təbriz isə neyrocərrahiyə şöbəsində müalicə olunur. Onların vəziyyətinin stabil, amma orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, qəza nəticəsində həlak olan Hüseynalı Hüseynəliyev və xəsarət alan şəxslərin hər üçü qazi statusuna malikdir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.