Ezonn Xəbər

İtaliyanın turizm gəlirləri rekord səviyyəyə çatdı

İtaliyanın turizm gəlirləri rekord səviyyəyə çatdı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İtaliyanın turizm sektoru 2025-ci il üçün rekord gəlirə imza atıb. Ölkədəki beşulduzlu otellər birbaşa turist xərclərindən 10,4 milyard avro gəlir əldə edərək otel sektorunun ümumi dövriyyəsinin 17,3%-nə bərabər olan əhəmiyyətli bir məbləği təşkil edir. Lüks turizm bu dövrdə keçmişə nisbətən daha da genişlənib. Demoscopeka tədqiqat institutunun verdiyi məlumata görə, 2008-2025-ci illər arasında beşulduzlu otellərdə gecələmələrin sayı 111% artıb. Eyni dövrdə bütün otel sektorunda artım isə 14,5% təşkil edib. 2025-ci ildə beşulduzlu otellərdə təxminən 14,9 milyon gecələmə və 4,9 milyondan çox ziyarətçi gözlənilir. Bu dövrdə Lazio, Trentino-Alto Adige, Kampaniya, Valle d'Aosta və Sardiniya lüks turizm bölgələri arasında liderliyi əlində saxlayır. Xüsusilə Lazio, 2,3 milyard avro ilə lüks turizmdən gələn xərclərdə birinci yerdədir və bu məbləğ İtaliyanın ümumi "lüks turizm" xərclərinin 21,7%-ini təşkil edir. 2025-ci ildə toplam 809 beşulduzlu otel fəaliyyət göstərəcək, lakin bu müəssisələrin yataq tutumu İtaliyanın ümumi otel tutumunun yalnız 4,8%-ni təşkil edir. Eyni zamanda, 2025-ci ildə ölkənin bütün yaşayış məkanlarında təxminən 535 milyon gecələmə proqnozlaşdırılır ki, bu da Avropa İttifaqında ən yüksək göstəricilərdən biridir.