Ezonn Xəbər

Tramp-Putin-Si Cinpinin görüşündən razılaşma gözlənilmir - KİV

Tramp-Putin-Si Cinpinin görüşündən razılaşma gözlənilmir - KİV
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ, Rusiya və Çin liderləri arasında baş tutacaq üçtərəfli görüşdə nüvə silahlarının azaldılması məsələsi müzakirə olunacaq. Bu barədə “The Hill” nəşri məlumat yayıb. Ağ Evin mətbuat katibi Oliviya Uells, Prezident Donald Trampın görüşdə bu mövzunu xüsusi önəm verdiyini açıqlayıb. Uells bildirib ki, Tramp görüşdə dünyada nüvə silahlarının yayılmasının təhlükəliliyini qeyd edəcək. “O hesab edir ki, nüvə silahlarının yayılması ciddi bir təhlükədir” – deyə Uells vurğulayıb. Görüşün noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutması planlaşdırılır. ABŞ administrasiyası, adının açıqlanmasını istəməyən yüksəkvəzifəli nümayəndənin sözlərinə istinad edərək, bu görüşün sonunda hər hansı razılaşmanın əldə olunmayacağını açıqlayıb. Məlumata görə, görüş, üç ölkə arasında liderlər səviyyəsində ilk müzakirə və gələcək proses üçün başlanğıc məqsədini güdür. Eyni zamanda, “The Wall Street Journal” isə Vaşinqton və Pekin arasında görüşün formatı ilə bağlı fikir ayrılıqlarının meydana gəldiyini bildirir. Çinin sammitin məzmununu əvvəlcədən müəyyənləşdirmək istədiyi, ABŞ-ın isə sərbəst müzakirələr aparmağı irəlilədiyi qeyd olunub. Üçtərəfli görüşdə Ukrayna məsələsinin müzakirə edilməyəcəyi də vurğulanır.