Ezonn Xəbər

Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı

Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev, ölkə vətəndaşlarını gündəlik danışıq dilində ərəb mənşəli sözlərin istifadəsini dayandırmağa çağırıb. Bu çərçivədə "inşallah" və "əlhəmdulillah" ifadələrinin yerinə Qazax dilində alternativ ifadələrin istifadə olunması tövsiyə edilib. Dövlət başçısı, həmin ifadələrin Qazax dilində tərcüməsini təqdim edərək, "inşallah" sözünü "Quday qalasa" (Allah qoysa), "əlhəmdulillah"ı isə "Qudayğa şükür" (Allaha şükür) kimi ifadələrlə əvəz etməyi vurğulayıb. Tokayev, bu yanaşmanın dilin milli özünəməxsusluğunu qorumaq məqsədi daşıdığını bildirib. Eyni zamanda, Prezident Tokayev dinlə bağlı terminlərin də Qazax dilinin qaydalarına uyğun olaraq işlədilməsini təşviq edir. O, dini ayinlər və Ramazan ayı ilə əlaqədar "iftar" sözünün "auizaşar" (ağzı açmaq) və "sahur"un "säresi" (obaşdan, sübh tezdən) şəklində ifadə olunmasını təklif edib. Bu çağırış, Qazaxıstanın dil siyasətini gücləndirmək və ölkənin milli kimliyini inkişaf etdirmək məqsədini güdür. Tokayevin bu təşəbbüsü, Qazax dilinin və mədəniyyətinin daha geniş təmsil olunmasına yol açmağı hədəfləyir.