XƏBƏRDARLIQ! Dəhşətli soyuqlar gəlir - Rəsmən DONACAĞIQ

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olmaqdadır. Şimal qütbündə baş verən soyuq hava sistemlərində rekord səviyyədə erkən pozulma qeydə alınıb. Mütəxəssislər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hava dalğalarının ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edirlər.
Şimal yarımkürəsində qışın necə keçəcəyi, atmosferdəki gözlənilməz dəyişikliklər səbəbindən yenidən nəzərdən keçirilir. Qütb burulğanında baş verən zəifləmə, küləklərin istiqamətini dəyişdirərək Şimal qütbünün soyuq hava kütlələrinin cənub istiqamətinə yayılmasına təsir edə bilər. Bu vəziyyət, sərt qış şəraitinin meydana gəlməsi riskini artırır.
Eyni zamanda, Sakit okeanda güclənən El Nino fenomeni də yanlış proqnozların meydana gəlməsinə səbəb ola bilər. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) qiymətləndirməsinə görə, El Ninonun 2027-ci ilin ilk aylarına qədər güclü olaraq davam etməsi ehtimalı 79%-dən çoxdur. El Nino, okean səthində temperatur artışı ilə atmosfer dövranını dəyişdirərək dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejimini təsir edir.
Beləliklə, mütəxəssislər qeyd edir ki, noyabrın sonu və dekabrın əvvəlində Avropanın şimalında və Şimali Amerikanın şərqində daha ciddi soyuq hava dalğaları müşahidə oluna bilər. Şimali Amerikada temperaturun noyabr ayı üzrə orta göstəricilərdən 4-8 dərəcə aşağı düşməsi gözlənilir. Qütb mənşəli soyuq hava kütlələrinin Azərbaycanda da temperaturun düşməsinə səbəb olması ehtimal olunur, lakin sərt qış və intensiv qar yağışı olacağına dair dəqiq proqnozlar yoxdur. Növbəti həftələrdə formalaşacaq atmosfer təzyiq sistemləri bu soyuğun hansı regionlara təsir edəcəyini müəyyən edəcək.