Abşeronda tanışını qətlə yetirən şəxsə hökm oxunub

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Abşeronda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Eldar Məmmədov haqqında hökm oxunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin rəhbərliyi altında keçirilən prosesdə, Eldar Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə qərarına əsasən, Məmmədov, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hadisə ötən ilin oktyabr ayında Mehdiabad qəsəbəsindəki “Binəqədi Gənclər Şəhərciyi”ndə baş verib. Mübahisə zamanı Eldar Məmmədovla Maşallah Cəfərov arasında gərginlik yaranıb.
Mübahisə nəticəsində Eldar Məmmədov, Maşallah Cəfərovu bıçaqlayaraq ağır yaralayıb. Yaralı şəxs, xəstəxanaya aparılarkən yolda ölüb. Eldar Məmmədova Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) ittiham irəli sürülüb.