Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir"
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Şabran rayonunun Qazbabalı kəndində yaşayan Mərdanovlar ailəsi ağır vəziyyətlə qarşılaşıb. Mart ayında baş verən leysan yağışı nəticəsində evin bir divarı tamamilə uçub, digər divarlarda isə ciddi çatlar meydana gəlib.
Ailənən üzvü Fəridə Mərdanova qeyd edir ki, evə baxış keçirilsə də, onlara hələlik heç bir yardım göstərilməyib. O, evin hər an dağılma təhlükəsi ilə üzləşdiyini bildirərək, müvafiq təşkilatlardan kömək istəyir.
"Yağışlardan sonra qəfil güclü bir səs eşitdik, divarın uçduğunu gördük. O gündən bəri qorxu içində yaşayırıq. Evin bir divarı tamamilə dağılıb, digərlərində də çatlar yaranıb", - deyir Mərdanova.
O, əlavə edib ki, şəxsi imkanları ilə evin təmirinə çalışsa da, torpaq sürüşmələri nəticəsində divarlar yenidən çatlamağa davam edir. Fəridə Mərdanova gecələr rahat yata bilmədiyini vurğulayaraq, bu hadisədən sonra sağlamlığının da pisləşdiyini söyləyir, ürəyi ilə bağlı əməliyyat keçirdiyini bildirir.
Ailənin yaşadığı bu çətinliklər, müvafiq qurumların lazımi müdaxiləsini gözləyərək davam edir. Mərdanovlar ailəsi, onların statistikasına görə, evlərinin təhlükəsizliyinin təmin olunmasını tələb edir.