Ezonn Xəbər

Məcnun Məmmədov Monakoda səfərdə olub

Məcnun Məmmədov Monakoda səfərdə olub
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Monakoda səfərdədir. Səfər çərçivəsində dünyanın müxtəlif ölkələrinin şərabçılıq ənənələrini təqdim edən ixtisaslaşmış müəssisəyə ziyarət edilib. Biznes müəssisəsində keçirilən tanışlıq zamanı iştirakçılara şərabçılıq sahəsində formalaşmış zəngin təcrübə haqqında məlumat verilib. Nümayəndə heyəti, həmçinin "Francs de Pied: Heritage" Assosiasiyasının Yüksək Toplantısında iştirak edib. Bu toplantıda Monako şahzadəsi II Albert, müvafiq dövlət qurumlarının nümayəndələri, şərabçılıq şirkətləri və investorlar iştirak ediblər. Nazir Məcnun Məmmədov, Azərbaycan Prezidentinin rəhbərliyi altında aqrar sektorun modernləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Bildirilib ki, ölkədə şərabçılıq sahəsində mövcud ənənələrin qorunması və inkişafı prioritet təşkil edir. Azərbaycanın qədim üzümçülük tarixi, zəngin yerli üzüm sortları və əlverişli iqlim şərtləri, bu sahənin inkişafı üçün əhəmiyyətli meyarlardır. Səfər çərçivəsində, investorlarla fikir mübadiləsi aparılmış, Azərbaycanın üzümçülük və şərabçılıq sahəsindəki investisiya imkanları və əməkdaşlıq perspektivlərinə toxunulub. Müzakirələrdə Zəngilan və Göygöl rayonlarında salınmış yerli calaqsız üzüm bağları, habelə ölkəmizin qədim calaqsız üzüm sortlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər müzakirə edilib.