Ezonn Xəbər

Texnologiyanın sürətli inkişafı narahatlıq doğurur

Texnologiyanın sürətli inkişafı narahatlıq doğurur
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Dünyada texnologiya və sənaye istehsalının sürətlə artması, strateji əhəmiyyətli xammallara tələbatın artmasına səbəb olur. Belə ki, elektrik avtomobilləri, batareyalar, yarımkeçiricilər və müasir sənaye avadanlıqları istehsalı litium, kobalt, nikel, qrafit və nadir torpaq elementləri kimi minerallardan birbaşa asılıdır. Bu resursların hasilatı və emalı xüsusi ölkələrdə cəmləşdiyindən, qlobal təchizat zəncirində ciddi asılılıq yaranır. Beynəlxalq Enerji Agentliyinin (BEA) 2026-cı ilə aid “Global Critical Minerals Outlook 2026” hesabatına əsasən, 2025-ci ildə nadir torpaq elementləri xaric, əsas enerji minerallarının emalında lider ölkənin orta bazar payı 72 faizə yüksələcək. 2023-cü illə müqayisədə bu göstərici 70 faizdir. İndoneziya nikelin, Çin isə digər enerji minerallarının emalında dominant rol oynayır. Son iki ildə emal olunan mineral təklifinin dörddə üçü məhz bu ölkələrin hesabına formalaşıb, bu isə diğer dövlətlərin xammal təchizatında alternativ yollar tapmasını çətinləşdirir. Eyni zamanda, strateji minerallar sektoruna investisiyaların azalması ciddi narahatlıq doğurur. BEA-nın məlumatına görə, 2025-ci ildə kritik minerallara yatırılan investisiyalar əvvəlki ilə nisbətdə 9 faiz azalıb, batareya istehsalında istifadə olunan metallara qoyuluş isə 20 faizdən çox geriləyib. Təchizat zəncirinin asılılığı xammal çatışmazlığı ilə kifayətlənmir. BEA-nın qeyd etdiyi kimi, 2025-ci ildən Çinin nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi məhdudiyyətlər avtomobil istehsalını və digər sahələri ciddi şəkildə təsir edə bilər. Məsələn, bəzi avtomobil istehsalçıları istehsal güclərini azaltmağa və ya fəaliyyətlərini müvəqqəti dayandırmağa məcbur olublar. BEA-nın qiymətləndirməsinə görə, nadir torpaq elementlərinə dair ixrac məhdudiyyətlərinin tam qüvvəyə minməsi, Çin xaricində illik 6,5 trilyon dollar dəyərində istehsalı risk altına atacaq. Strateji minerallar uğrunda mübarizə artıq yalnız resursların mülkiyyətindən ibarət deyil; emal, texnologiyaya erişim və təchizat zəncirinin idarə olunması da ölkələrin sənaye rəqabət qabiliyyəti ilə iqtisadi təhlükəsizliyini müəyyən edən əsas amillərdir.