Ezonn Xəbər

Britni Spirs 23 illik arzusunu gerçəkləşdirdi - Öz zərgərlik brendini yaradır

Britni Spirs 23 illik arzusunu gerçəkləşdirdi - Öz zərgərlik brendini yaradır
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Amerikalı pop ulduzu Britni Spirs öz zərgərlik brendini təqdim etməyə hazırlaşır. Müğənni, "BTiny" adlı yeni brendinin rəsmi saytını istifadəyə verib. Hal-hazırda saytda zinət əşyalarının satışı həyata keçirilmir, lakin pərəstişkarları elektron poçt ünvanlarını və ya telefon nömrələrini qeyd edərək satışların başlanması barədə ilk məlumat alanlardan olmaq imkanı əldə edə bilərlər. Saytın ana səhifəsindəki "23 illik hazırlıq" ifadəsi diqqət çəkir. Britni Spirsin şəxsi zərgərlik brendi yaratmaq ideyası 2003-cü ildən etibarən mövcud olub. Müğənni son bir il ərzində yarışmadan qazandığı təcrübələr və öz zərgərlik kolleksiyası üzərində fəal şəkildə çalışıb. Hazırda məhsulların dizaynı, qiymətləri və satışa çıxarılacağı dəqiq tarix barədə hələ bir açıqlama verilməyib. Pərəstişkarlarının gözləntisi artmaqdadır və bu brendin təqdimatı musiqi dünyasında yeni bir müzakirə mövzusu olacaq.