Tramp Epşteynin demokratlarla əlaqələrini araşdırmağı tapşırıb

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp, maliyyəçi Ceffri Epşteynin Demokratlar Partiyasının nümayəndələri və iri maliyyə qurumları ilə olan əlaqələrini araşdırmaq tapşırığını verib. Bu məlumat xarici KİV-lərdə geniş müzakirə olunmaqdadır.
Araşdırılması planlaşdırılan şəxslər arasında keçmiş ABŞ prezidenti Bill Klintonun da adı keçir. Trampın tapşırdığı araşdırmada bir sıra demokrat siyasətçilər və iri bankların nümayəndələri də diqqət mərkəzindədir.
Bu qərar, ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteynə məxsus elektron poçt yazışmalarının ictimaiyyətə açıqlanmasından sonra qəbul edilib. Açılan sənədlərdə Epşteynin, müxtəlif ölkələrdə nüfuzlu siyasətçilərlə, iş adamları ilə və müxtəlif dairələrin nümayəndələri ilə yazışmaları yer alır.
Tramp, Demokratlar Partiyasını bu məsələdən siyasi məqsədlər üçün yararlanmaqda ittiham edib. Onun fikrincə, demokratlar, uğursuz siyasət və fəaliyyətlərinə diqqəti cəlb etməmək üçün "Epşteyn saxtakarlığı" məsələsini gündəmə gətirərək, problemləri ört-basdır etməyə çalışırlar.