Ezonn Xəbər

Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi

Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan çirkli pulların leqallaşdırılması məqsədilə genişmiqyaslı bir əməliyyat həyata keçirilib. "Çobanlar Qrupu" adı ilə tanınan cinayətkar şəbəkəyə qarşı aparılan istintaq çərçivəsində 10 şübhəli saxlanılıb, ümumi dəyəri 1 milyard 550 milyon lirə olan əmlak müsadirə edilib. Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Ankara Şəhər Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı şübhəlilərin narkotik ticarətindən qazandıqları gelirleri müxtəlif şirkətlər, maliyyə əməliyyatları və daşınmaz əmlak alaraq leqallaşdırdıqları aşkar edilib. Bunun nəticəsində şübhəlilərlə əlaqəli şirkətlərdə, otel və əyləncə mərkəzlərində axtarışlar aparılıb. Məlum olub ki, bu şirkətlərin ümumi əməliyyat həcmi 10 milyard 308 milyon 821 min 634 lirədir. İstintaq çərçivəsində şübhəlilərin bank hesabları və aktivləri yoxlanılaraq 1 milyard 550 milyon lirə dəyərində əmlaka həbs qoyulub. Müsadirə edilən əmlakların siyahısında 660 milyon lirə dəyərində bir otel, 320 milyon lirə dəyərində 4 əyləncə mərkəzi və 300 milyon lirəlik 12 daşınmaz əmlak yer alır. Əməliyyat zamanı, 7 şübhəliyə aid 6 yaşayış evi və 6 iş yeri olmaqla ümumilikdə 12 ünvanda eyni vaxtda axtarışlar aparılıb. Bu axtarışların nəticəsində 12 milyon 726 min 835 lirə nağd pul, 79 milyon 320 min lirə dəyərində 316 borc sənədi, 38 min 320 ABŞ dolları və 3 min 790 avro, 2 kiloqram 130 qram qızıl ələ keçirilib. İlk mərhələdə barəsində qərar çıxarılan 7 şübhəlidən 6-sı yaxalanıb. Sonrakı istintaq gedişatında daha 4 nəfər saxlanılıb, bu da saxlanılanların sayını 10-a çatdırıb. Hazırda axtarışda olan bir şübhəlinin tutulması üçün tədbirlər davam etdirilir.