ABŞ Şimali Koreyanı kriptovalyuta oğurluğunda ittiham edir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Dünyanın ən iri kriptovalyuta platformalarından biri olan Binance-dən 6,3 milyard dollar dəyərində kriptovalyutanın oğurlanması ABŞ-ın Şimali Koreyaya olan ittihamlarını artırıb. ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) hücumun "TraderTraitor" adlı haker qrupu tərəfindən həyata keçirildiyini açıqlayıb.
ABŞ Ədliyyə Nazirliyinin məlumatlarına görə, oktyabrın 29-da baş verən hücum sonrası oğurlanan vəsaitlərin tapılması və geri qaytarılması məqsədilə fəaliyyətlər davam etdirilir. Hazırda ABŞ dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq çərçivəsində 2,7 milyard dollardan çox vəsaitin hərəkəti dondurulub. Eyni zamanda, məhkəmə qərarı ilə 1,2 milyard dollar dəyərində kriptovalyutanın müsadirəsi və ya bloklanmasına da icazə verilib.
Bundan əlavə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən "FaceStealer" adı altında Şimali Koreya ilə əlaqələndirilən bir başqa kiberhücum sxeminin qarşısının alındığı bildirilib. FBI-nin açıqlamasına əsasən, bu sxem son 18 ay ərzində 400 milyon dollardan çox kriptovalyutanın oğurlanmasına səbəb olub.
ABŞ rəsmiləri, Şimali Koreyanın bu cür oğurluq əməliyyatlarından əldə etdiyi vəsaitləri ölkənin qanunsuz silah proqramlarını maliyyələşdirməkdə istifadə etdiyini təsdiqləyərək, bu cür fəaliyyətlərin ciddi təhlükələr yaratdığını vurğulayırlar.