Asena ikinci dəfə ailə qurdu - FOTO

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyəli tanınmış rəqqasə və müğənni Asena, uzun müddətdir tanış olduğu iş adamı Kani Kudu ilə nikah bağlayıb. Cütlük, sadə bir mərasimlə evlənib ki, bu da Asena tərəfindən təsdiqlənib.
Asena, yeni həyat yoldaşını tərif edərək, "Həyat yoldaşım qadından anlayır. Çox zövqlü və dürüstdür" demişdir. Bu münasibətin təxminən səkkiz ay davam etdiyi bildirilir. Kani Kudu, Yalovada tikinti və podratçılıq sahələrində fəaliyyət göstərir.
Qeyd edək ki, Asena, əvvəlki evliliyini iş adamı Hasan Dere ilə yaşamışdır. Cütlük 2017-ci ilin avqust ayında Almaniyada nikah bağlayıb, oktyabr ayında isə İstanbulda, Shangri-La Bosphorus hotelində möhtəşəm bir toy mərasimi keçirib. Evlilik, 2025-ci ildən boşanma ilə nəticələnib.
Asena, boşanma qərarının ardından yenidən oriental rəqslərə qayıtmaq istəsə də, keçmiş həyat yoldaşı Hasan Dere bununla razılaşmayıb. Asenanı ən çox müzakirə edilən münasibətlərindən biri isə məşhur müğənni İbrahim Tatlıseslə olan sevgisi olub. Bu əlaqə 2000-ci illərin əvvəllərində başlamış və dörd il davam etmişdir.