Azərbaycan FAMEX-ə dəvət edildi

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. Bu müvafiq dəvət, FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə keçirdiyi görüş zamanı səsləndirilib.
Diplomatik görüşdə aerokosmik, təhlükəsizlik, müdafiə və hava limanı bağlantısı sahələrində texnoloji inkişafın təşviq olunması məqsədilə Azərbaycana FAMEX 2027-də iştirak etmək üçün dəvət təqdim edilib. Azərbaycanın Meksikadakı səfirliyi də görüş barədə məlumat verib.
Səfirlikdən bildirilib ki, Azərbaycanın sərgidə iştirakı qlobal sənaye üçün yeni biznes imkanlarını açmaqla bərabər, iki ölkə arasında institusional və ticari əlaqələri gücləndirəcək. Bu, FAMEX 2027-nin beynəlxalq nüfuzunu daha da artıracaq.
Qeyd edək ki, Meksikada keçiriləcək bu sərgi 2027-ci ilin 20–24 aprel tarixlərində Santa Lusiya aviabazasında təşkil ediləcək.