Ezonn Xəbər

Avropa Kubokunun qalibi güllələnərək öldürüldü

Avropa Kubokunun qalibi güllələnərək öldürüldü
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Dağıstanda baş verən faciəvi bir hadisədə Rusiya Sambo Çempionatının medalçısı Vatsilov Davudov güllələnərək öldürülüb. Hadisə, “Mərakeş” ziyafət zalının qarşısında qeydə alınıb. 31 yaşlı idmançı, ziyafətdə iştirak etdikdən sonra binadan çıxarkən naməlum şəxslər tərəfindən qara rəngli “Toyota Camry” avtomobilindən atəş açılıb. Atışma nəticəsində Davudovun başına dəymiş güllə ağır yaralanmasına səbəb olub. Hücumdan sonra Davudov dərhal xəstəxanaya aparılsa da, yolda həyatını itirib. Hadisənin törədiləcəyi ilə bağlı əlavə heç bir məlumat verilməyib, ancaq hücumu həyata keçirən şəxslərin hadisə yerindən qaçdığı və avtomobilin axtarışa verildiyi bildirilib. Xatırladaq ki, Vatsilov Davudov 2016-cı il Avropa Cüdo Kubokunun qalibi və 2023-cü il Rusiya Sambo Çempionatının bürünc medalçısı idi. O, idman aləmindəki uğurları ilə tanınırdı və bu cinayət ona qarşı bir çox suallar doğurub. Hadisənin baş verməsi ilə bağlı rəsmi orqanlar araşdırma aparır, lakin ilkin məlumatlar hələ ki, açıqlanmayıb.