Ezonn Xəbər

Venesuela nefti 100 illiyə ABŞ şirkətinə verildi

Venesuela nefti 100 illiyə ABŞ şirkətinə verildi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Venesuelanın müvəqqəti hökuməti, ABŞ-ın dəstəklədiyi "Şimali Amerika Mavi Enerji Tərəfdaşları" (NABEP) şirkəti ilə gözlənilən razılaşma çərçivəsində ölkədəki 17 neft yatağını 100 il müddətinə idarə etməyə icazə verib. Bu mühüm razılaşma ABŞ Müdafiə Nazirliyinin şirkətdə 30 faizlik paya sahib olduğu qeyd edilib. Eyni zamanda, ABŞ bu razılaşma sayəsində Venesuela neftinin 20 faizini maya dəyəri ilə almaq səlahiyyətini qazanıb. Bu, ABŞ-ın Venesuela ilə olan neft ticarətini gücləndirmək məqsədini daşıyır. "Qafqazinfo"nun məlumatına görə, Barbadosda qeydiyyatdan keçmiş NABEP, təxminən 65 milyard barel təsdiqlənmiş ehtiyatlara malik olan bu yataqları bir əsrlik konsessiya əsasında idarə edəcək. Şirkət, hazırda baxımsız olan Marakaybo gölündəki neft infrastrukturlarının bərpasına artıq başlayıb. Məlumatlara görə, 20 il əvvəl 100-dən çox aktiv qazma sahəsi olan Venesuelada hazırda bu rəqəm 11-ə düşüb. NABEP isə ayın sonuna qədər bu ədədi 41-ə çatdırmağı planlaşdırır. Razılaşmanın arxa planında isə Venesuela müvəqqəti rəhbərliyi Delsi Rodrigezin, ABŞ-ın yönləndirmələri ilə özəl investisiyalara bu sahəni açmağı qərarlaşdırması durur.