Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Lənkəranın Göyşaban kəndində yerləşən "Mandarin" hotelinə silahlı basqın edilib. Hadisə zamanı icarədar Kəmalə Həsənovadan və qızı Minayə Həsənovadan üzərlərindəki qızıl-zinət əşyalarını tələb edib.
Quldurluq yolu ilə qadınlara məxsus ümumilikdə 5 100 manat dəyərində qızıl-zinət əşyaları ələ keçirilib. Olayın ardından aparılan araşdırmalar zamanı, basqını törədən şəxsin hotelin icarədarı Xalıq Cahangirov olduğu müəyyən olunub.
Cinayət baş verdikdən sonra Cahangirov Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstana qaçmağa cəhd edərkən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə ittiham irəli sürülüb.
Hadisə yerində cinayətdə istifadə edilmiş maska, əlcək və digər ləvazimatlar aşkar edilib. Xalıq Cahangirov, məhkəmədə ifadə verərək, cinayəti külli miqdarda borcunu ödəmək məqsədilə törətdiyini bildirib. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ailəsi tərəfindən ödənildiyi qeyd olunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi X.Cahangirovu səkkiz il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda, "Mandarin" hotelinin sahibi Rövşən İsgəndərovun adı da hadisədə keçir.
BAKU.WS