Bakıda 17 yaşlı tələbə qız yataqxanada ölü tapılıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) birinci kurs tələbəsi Elvira Eyyubova yataqxanada ölü tapılıb. Hadisə universitetin tələbə yataqxanasında baş verib.
İlkin məlumata görə, gənc qız hamam otağında buxardan boğulma nəticəsində həyatını itirib. Hadisəni aşkarlayan şəxs, Elvira ilə birlikdə yaşayan bacısı olub.
Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Faktla bağlı araşdırma aparılır, hadisənin səbəbləri üzə çıxarılmağa çalışılır.
Elvira Eyyubovanın faciəli ölümü universitet ictimaiyyətində dərin kədərlə qarşılanıb. ATU-nun tələbələri arasında itki hissi güclüdür, bir çoxları sosial mediada baş verən hadisəyə münasibət bildiriblər.