Sevginin sağlamlığa təsirinin elmi isbatı - Sevdiyiniz insanın yanında orqanizm daha yaxşı işləyirmiş

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Son araşdırmalar sevgi münasibətlərinin insan sağlamlığına müsbət təsirini üzə çıxarıb. "Science Advances" jurnalında yayımlanan tədqiqat, sevdiyiniz insanın yanında olmanın orqanizm funksiyasına təsirlərini ətraflı öyrənib. Təcrübələr göstərir ki, partnyorun yanında olduğunuzda orqanizmin qan şəkəri, bədən istiliyi və stress reaksiyaları daha səmərəli şəkildə tənzimlənir.
Araşdırma çərçivəsində iştirakçılara ağ çörək verilib və onlar soyuq bir otaqda saxlanılıb. Eyni zamanda, zəif elektrik impulsları ilə stimullaşdırılıb. İlk öncə təkbaşına, daha sonra isə sevdikləri insanların yanında bu proses təkrarlana bilib. Nəticələr, partnyorla birlikdə olduqda qan şəkərinin artışına orqanizmin reaksiyasının orta hesabla 14,5 faiz daha zəif olduğunu göstərib.
Eyni zamanda, insanların soyuq mühitdə bədən istiliyini daha az itirdiyi və stressə daha sakit reaksiya verdikləri qeydə alınıb. Bu, sevginin fizioloji təsirlərini açıq şəkildə nümayiş etdirir. Lakin alimlər, araşdırmanın sevginin uzunmüddətli sağlamlıq faydalarını hələ sübut etmədiklərini bildirirlər.